Müsahibə

Almeyda: “Reynaldo üçün darıxıram”

"İlk oyunda böyük hesabla qalib gəldiyimiz üçün rəqibin istəkli olacağını, matçın çətin keçəcəyini bilirdik".

İdmanxeber.com-un məlumatına görə, bunu "Qarabağ" komandasının yarımmüdafiəçisi Riçard Almeyda Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Gürcüstan təmsilçisi "Samtredia" üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.

– Əvəzlənməyiniz nə ilə bağlı idi?

– Qasıq nayihəmdə problem vardı. Fiziki cəhətdən tam hazır deyiləm. Əvəzlənməyim öncədən planlaşdırılmışdı. Yəni, hansı dəqiqədə meydanı tərk edəcəyimi bilirdim.

– Ötən illərlə müqayisədə "Qarabağ"ın püşkatmalarda bəxtinin gətirdiyini söyləmək olar?

– Heç kim növbəti mərhələni bizə hədiyyə etməyəcək. Mərhələ keçmək üçün mübarizə aparmalıyıq. Rəqibin hansı komanda olmasında asılı olmayaraq.

– Reynaldo üçün darıxmırsınız ki?

– Qardaş kimi mənə yaxındır, darıxıram. Lakin o, öz yolunu seçdi. Artıq 6 ildir Azərbaycandayam. Hazırda heyətdə Reynaldonu əvəzləyəcək futbolçular var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43