Ölkə futbolu

Almeyda yenidən “Qarabağ”da

Qazaxıstanın “Astana” klubunda forma geyinən Almeyda karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

Braziliyalı futbolçu Ağdam təmsilçisində  icarə əsasında oynayacaq. Almeydanın yaxın günlərdə “Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışına qatılacağı gözlənilir.

“Qarabağ” bu il “Astana”dan daha bir sabiq üzvü Reynaldonu heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43