Dünya futbolu

Almeydalı “Astana “da maliyyə problemi: “Klub dağılacaq”

Avroliqanın son turunda “Renn”ə məğlub olan Almeydalı “Astana”nın  məşqçisi  Qriqori Babayan görüşün ardından açıqlama edib. O, klubdakı maliyyə problemlərinin oyuna təsir etdiyini bildirib:

“Bəhanə etmək istəmir, lakin klubdakı maliyyə problemi çıxşımıza təsir edir. Oyunçuların yanında mənim böyük məsuliyyətim var. Bu problemi həll etməliyik”.

Klubun prezidenti Sayan Hamitcanov da klubda maliyyə problemləri olduğunu təsdiqləyib:

“Bəli, təəssüf ki, klubda böyük maliyyə problemi var. Bizim heç normal bazamız yoxdu, stadionumuz da belə kifayət qədər çatışmamazlıqlar var. Bütün bunları yaxın vaxtda həll etməsək “Astana”nın ancaq adı qalacaq, klub dağılacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43