Dünya futbolu

Almeydalı “Astana” “Dinamo”ya uduzdu

Qazaxıstanın “Astana” klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Ukraynanın Kiyev “Dinamo”sunu qəbul edib.

İdmanxeber xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını “Astana” 0-1 hesabı ilə uduzub. Qonaqlar qələbə sayəsində mərhələ adlamağı bacarıb.

Start heyətdə meydana çıxan Almeyda 58-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Astana” 5 turdan sonra 8 xalla yer aldığı K qrupunda ikinci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43