Dünyadan

“Almeydanı çoxdan izləyirdik” – “Astana”nın prezidenti

“Astana”nın prezidenti Sayan Həmidcanov yeni transferləri Riçard Almeydanın keçidi haqda danışıb. İdmanxeber.com-un məlumatına görə, klub rəhbəri millimizin üzvünü çoxdan izlədiklərini və ondan çox şey gözlədiklərini bildirib:

“Almeyda Azərbaycanın ən güclü klubu “Qarabağ”ın lideri idi. Biz onu çoxdan izləyirdik. O, “Qarabağ”ın heyətində avrokubokların qrup mərhələsində oynayıb və “Çelsi”, “Atletiko”, “Roma”, “Tottenhem”, “Monako” və “Anderlext”ə qarşı çıxış edib. Almeyda həm pleymeyker, həm də yarımmüdafiənin mərkəzində çıxış edə bilir. Hücumlarda effektli oynayır, son nöqtəni qoymaq bacarığına sahibdi. Qazaxıstan futboluna qısa zamanda uyğunlaşacağına inanırıq. Roman Qriqorçuk da bir müddət Azərbaycanda işləyib və Almeydaya yaxşı bələddi. Riçardın yüksək bacarığı və təcrübəsi bizə hədəflərimizə çatmağa kömək edəcək”.

Almeyda 2012-ci ildən “Qarabağ”da çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43