Kateqoriyasız

Alper Potuk – “Qarabağ” məsələsində son nöqtə

“Fənərbağça”nın futbolçusu Alper Potukun “Qarabağ”a keçidi alınmayıb.

İdmanxeber.az-ın məlumatına görə, bu keçidə bir neçə səbəb mane olub. Belə ki, tərəflər ilk öncə maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyib. Çempionatın səviyyəsinin aşağı olması da, Alperin müsbət qərar verməməsinə gətirib çıxarıb.

Bundan başqa, Türkiyə mediasının xəbərinə görə, hazırda Alper Potukun atası xərçəng xəstəliyindən əziyyət çəkir və İstanbulda müalicə olunur. 28 yaşlı yarımmüdafiəçi müalicə müddətində atasının yanında qalmaq istədiyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43