Dünya futbolu

Alveş: “Barsa” rəhbərliyi vəfasızdır”

“Yuventus”un müdafiəçisi Daniel Alveş “Barselona”dan gedişi haqda danışıb.

İdmanxeber.com-un məluamtına görə, o, bu braədə verdiyi açıqlamada Kataloniya klubunun ona qarşı hörmətsizlik etdiyini bildirib:

“Məni görmək istəməyən yerdə qalmağı xoşlamıram və oranı tərk edirəm. “Barselona”dan azad agent kimi getməyim mənə böyük dərs oldu. Son 3 ildə yalnız: “Alveş getmək istəyir”, – eşidirdim.

Lakin rəhbərlik mənə heç nə demirdi. Onlar vəfasız idilər. Mənə müqaviləni yeniləmə təklifi yalnız transfer qadağası qoyulduqdan sonra edildi. “Barselona”nın rəhbərliyi futbolçularla necə davranmağı bilmir”, – deyə Alveş qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43