Kateqoriyasız

AMADA-dan Tokio Olimpiya Oyunlarına lisenziya qazanan idmançılara dəstək

Tokio-2020 Yay Olimpiya Oyunlarına gedəcək idmançılar üçün vacib olan “ADEL for Tokyo 2020 Olympics” (Tokio 2020 üçün ADEL) platforması Azərbaycan dilində istifadəyə verilib.

İdmanxeber.az xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyinin tədris platforması olan ADEL tərəfindən hazırlanan bu proqram Tokio Yay Olimpiya oyunlarına lisenziya qazanmış idmançılar və onları müşayiət edəcək idmançı köməkçi heyəti (məşqçi, həkim və s.) üçün nəzərdə tutulmuş onlayn kursdur. Kursun məqsədi olimpiya oyunlarında dopinq nəzarəti ilə bağlı ən vacib məlumatları onlara çatdırmaqdır. Onlayn kursdan keçənlər Tokio-2020 Yay Olimpiya Oyunlarında antidopinq qaydaları, dopinq nəzarəti prosesi, habelə terapevtik istifadə üçün icazə və dərmanların necə yoxlanılması haqqında məlumat əldə edəcəklər. Bu kurs vasitəsilə idmançılar həm də hüquq və vəzifələri, oyunlar zamanı onların üzərində yurisdiksiyası olan təşkilatlar haqqında biliklərini təkmilləşdirmiş olacaqlar.

İnteraktiv onlayn təhsil kursu bir neçə mərhələdən ibarətdir. Hər mərhələdə iştirakçıya vacib biliklər verilir və yekunda biliklərin yoxlanılması üçün suallar olur. Ümumi sualların 80 faizindən çoxunu düzgün cavablandıran şəxslər kursu müvəffəqiyyətlə tamamlamış olur və elektron sertifikat əldə edir.

Bu platforma idmançıların Tokio-2020 Olimpiya Oyunlarına hazırlığının ayrılmaz hissəsidir və idmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi vacibdir. Bunun Tokioya yollanacaq idmançılar üçün əhəmiyyətini nəzərə alaraq Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) İdmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi üçün bütün lazımi dəstəyi göstərir. Milli güləşçi, səkkizqat Avropa çempionu Mariya Stadnik kursu keçərək sertifikatını alan ilk idmançı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Ayaks” – “Tottenhem” oyununu yayımlayacaq kanallar – TV AFİŞA

admin

Sənan Qurbanov: “Üstümüzdə çox təzyiq var”

admin

Renat Dadaşov Avropa Liqası üçün sifariş olundu

admin