Ölkə futbolu

Amil Yunanov: “Həmin epizod penalti idi”

Topaz Premyer Liqasının XVII tuurnua start verilib

İdmanxeber.az-ın məlumatına görə, “Keşlə” öz meydanının “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib. Oyunun ardından ev sahibi komandanın hücumçusu Amil Yunanov görüş barəsində fikirlərini bildirib:

“Oyundan qabaq üzərimizdə çox təzyiq var idi. Bu matçı mütləq qazanmalıydıq. Evdə oynadığımız üçün qalib gəlməyə borcluyduq. Son dəqiqələrə qədər gərgin keçən görüşdə qələbə qazandığımız üçün xoşbəxtik.

Bəzən davamlı məğlubiyyətlərdən sonra komandada psixoloji olaraq geriləmə olur. Bu, hamının başına gələ biləcək bir şeydir. Hazırda bizim tək hədəfimiz aşağı sıralardan qurtulub daha yaxşı yerlərə gəlməkdir. Çünki biz çempionata liqada qalmaq üçün başlamamışıq. Hədəfimiz Avrokuboklar olub. Ancaq hazırda yuxarılara yüksəlmək üçün oynayırıq.

Son dəqiqədəki epizodda mənə açıq təmas var idi. Topu birinci mən götürmüşdüm. Hakim düzgün qərar verdi, həmin epizod penalti idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43