Dünya futbolu

Amit Quluzadə oynadı, komandası qələbə qazandı

Amit Quluzadə Yunanıstanın AEL Larissa klubunda növbəti oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Yunanıstan çempionatının 21-ci turu çərçivəsində “Levadiakos”a qarşı keçirilən matça meydana çıxıb.

Quluzadə 54-cü dəqiqədə Reyesin əvəzinə oyuna qoşulub. Amitin meydana çıxmasından sonra komandası 71-ci dəqiqədə qələbə qolunu vurub – 2:1. Həmyerlimiz 89-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, mövsümdə 4-cü qələbəsini qazanan AEL Limassol xallarının sayını 20-yə çatdırmaqla turnir cədvəlində 12-ci pilləyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43