Ölkə futbolu

Amit Quluzadə rəsmən “Sumqayıt”da

Bir müddət əvvəl Ayaz Mehdiyev və Elnur Abdulovla müqavilə imzalayan “Sumqayıt” klubu Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Amit Quluzadə ilə güclənib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 1992-ci il təvəllüdlü adıçəkilən futbolçu komanda ilə 1 illik müqavilə imzalayıb.

Amit “Sumqayıt”da 24 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Amit karyerası ərzində “Neftçi”, “Kayseri Erciyesspor”, “Rəvan”, “Qəbələ” və Portuqaliyanın “Atletiko” klublarının şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43