29 Sentyabr 2024
İdman

“Anadolu Efes” baş məşqçi axtarır

Türkiyənin “Anadolu Efes” klubu baş məşqçi axtarışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Ergin Ataman klubdan rəsmi olaraq ayrılmasa da, onun Yunanistanın “Panatinaikos”la komandası ilə iki illik müqavilə bağladığı bildirilir. 

Bu səbəbdən də İstanbul təmsilçisi məşqçi axtarışlarına başlayıb. Komanda son olaraq “Zenit”in çalışdırıcısı Xavi Paskualla maraqlanır.

Onun Rusiya təmsilçisi ilə müqaviləsi yayda başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43