24 Sentyabr 2024
İdman

“Anadolu Efes”də oynamaq istəyirəm” – azərbaycanlı oyunçu

Basketbol üzrə “Sərhədçi” komandasının oyunçusu İsmayıl Əliyevin idmanxeber.az saytına müsahibəsi

– Son turda “AAAF Xırdalan”a məğlub oldunuz. Əvvəlcə oyun barədə fikirlərini bildirərdin…

-Məğlubiyyətin ən birinci səbəblərindən biri yorğunçuluqdur. Əvvəlki iki oyunumuzu bölgədə keçirmişdik. Yol bizi çox yordu. Komanda olaraq oyunumuz alınmadı. Buna görə də məğlub olduq.

– Komandanın çempionluq hədəfi var. Mövsüm sonu bunu həyata keçirə biləcəksiniz?

-Liqa başlayandan ancaq çempionluq barədə düşünürük. Bunu da əldə edəcəyik. Komanda da qətiyyən inamsızlıq yoxdur.

– Ümumiyyətlə, ölkədə basketbola maraq azdır. Bu, sizə necə təsir edir?

-Açığı, marağın az olduğunu deməzdim. Əvvəlki illərlə müqayisədə xeyli inkişaf var. Hər keçən gün də bunun artaraq davam etdiyini görürük.

– Səncə, ölkədə basketbolunun inkişafı üçün hansı işlər görülməlidir?

-Çoxlu idman zalları olmalıdır, mətbuatda yazılmalı, televiziya daha çox oyun göstərilməlidir. Yalnız bu halda əsas məqsədimizə çata bilərik.

– Karyeran bağlı danışsaq, hansı hədəflərin var? Ümumiyyətlə, NBA və ya Avroliqanı izləyirsən?

-Hazırda yalnız “Sərhdəçi” ilə çempion olmağı düşünürəm. Ancaq əlbəttə ki, Avropa klublarında çıxış etmək niyyətim var. “Anadolu Efes”də oynamaq istəyirəm. NBA bizim saatdan çox gec başladığı üçün izləyə bilmirəm. Ancaq Avroliqaya baxıram. “Real” bu il çox yaxşı oynayır. Məncə, Avroliqanı onlar qazanacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43