İdman

Analoqsuz “inkişaf”

Hazırda davam edən "Kəpəz" – "Neftçi" matçını işıqlandırmaq üçün Peşəkar Futbol Liqasının xətti ilə Bakıdan bir qrup jurnalist Gəncədədi.

İdmanxeber.com-un məlumatına görə, stadionda hər şey normal səviyyədə olsa da, narahatçılığa səbəb olan məqam da var.

Belə ki, Bakıdan Nizami Yurduna təşrif buyuran media mənsublarının qərarlaşdığı media sektorunda həm də Gəncə klubunun fan-klubu yer alıb. Bu məqam isə jurnalistlərin çalışmasında problem yaradır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43