Ölkə futbolu

Anar Nəzirovdan “Bakı” açıqlaması

Öncədən də xəbər verdiyimiz kimi Kamran Ağayevi heyətdən uzaqlaşdıran "Bakı" "Sumqayıt"ın qapıçısı Anar Nəzirovu rənglərinə bağlamağa çalışır.

"Gənclik şəhəri" təmsilçisinin aparıcı üzvü olan Nəzirov idmanxeber.com-a açıqlamasında məsələyə belə aydınlıq gətirdi:

"Mənə hər hansı bir təklif gəlməyib. Daha doğrusu bu haqda xəbərsizəm. Əgər "Bakı"dan mənə təklif gəlsə, təbii ki, getmək istəyərəm. Avrokuboklarda çıxış edə biləcək bir komandada oynamaq əladı".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43