20 Sentyabr 2020
İdman

Anatoli Banişevski 71 yaşında

Bu gün Azərbaycanın futbol tarixində silinməz izlər qoyan SSRİ-nin əməkdar idman ustası, illərlə “Neftçi” klubunun uğurları üçün çalışmış Anatoli Banişevskinin anadan olmasından 71 il ötür.

İdmanxeber.com-un məlumatına görə, uzun illər Bakı klubunda çıxış etmiş Banişevski 1946-cı ilin bu günündə anadan olub.

O, peşəkar karyerası ərzində – 1964-cü ildən 1978-ci ilədək yalnız “Neftçi” klubunda çıxış edib. “Neftçi”nin 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmasında böyük əməyi olub. Banişevski SSRİ yığmasının məşqçilər korpusunun da diqqətindən kənarda qalmayıb. “Ağ-qaralar”da çıxış etdikdən 1 il sonra hücumçu 19 yaşında SSRİ mili komandasına cəlb edilib. Tezliklə məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda “het-trik”ə imza atıb. Bundan başqa, Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında iştirak edib. 1968 və 1972-ci illərdə təşkil olunan Avropa çempionatlarına da qatılan azərbaycanlı futbolçu son yarışda gümüş mükafata layiq görülüb.

Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib. SSRİ çempionatı və kuboku, o cümlədən sovetlərin yığma komandasında üst-üstə 100-dən çox qol vurduğuna görə bombardirlərin “Qriqori Fedotov klubu”nun üzvü olub.

Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu elə “Neftçi” olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş Banişevski 1983-cü ildə “Neftçi”dən ayrılıb.

O, dekabrın 10-da ağır xəstəlikdən vəfat edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Adrian Skarlatake: “Belə insanları futboldan silmək lazımdı”

admin

Sonuncu pillənin sahibi Bakıda hazırlaşır

admin

Akrobatlar və batutçular medallar uğrunda mübarizə aparacaqlar

admin