Kateqoriyasız

Anatoli Nuriyev debüt oyununda qol vurdu

Azərbayucan millisinin futbolçusu Anatoli Nuriyev yeni klubunda debüt edib.

Onun formasını geyindiyi Ukraynanın “Kolos” klubu “Oleksandriya” ilə yoxlama oyununda üz-üzə gəlib. Matç həmyerlimizin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Nuriyev bu oyunda iştirak edib. O, komandasının 2-ci qolunu (penaltidən) vurub.

Nuriyev “Kolos”a iyulun 7-də transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43