Dünya futbolu

Ançelotti “Bavariya”nın qələbəsindən danışdı

“Yaxşı oyun keçirdik. Matça uğurlu başladıq və erkən qol vurduq. Ancaq “Arsenal” hesabı bərabərləşdirə bildi. İlk hissədə problemə üzləşsək də, ikinci hissədə hər şey yağ kimi getdi. Lazım olan balansı tapa bildik. Futbolçularımın oyuna köklənməsi də əla idi”.

Bu sözləri “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında “Arsenal”la ilk oyundan (5:1) sonra UEFA-nın saytına deyib.

O, komandasının hücumda yaxşı oynadığını bildirib: “Alkantaranın rolu böyük idi. O, Robben, Lam, Alaba, Duqlas Kostaya yaxşı ötürmələr verirdi. Bunun nəticəsində təhlükəli vəziyyətlər yaradırdıq. “Arsenal”la matçın bizim ən yaxşı oyunumuz olub-olmadığını deyə bilmərəm. Ancaq bu, final deyildi. Qarşıda cavab oyunu var. “Arsenal” təhlükəli komandadır. Onlar xüsusilə əks-hücumlarda yaxşı təsir bağışlayırlar”.

K.Ançelotti “Arsenal”ın cavab görüşündə çətin vəziyyətdən çıxmağa çalışacağını söyləyib: “Arsen Venger təcrübəli mütəxəssisdir. O, bu çətin vəziyyətdən çıxmaq üçün yollar tapacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43