Dünya futbolu

Ançelotti “Real”ın təklifini qəbul etdi

“Real”ın baş məşqçi Karlo Ançelotti ilə müqaviləni uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, 64 yaşlı italiyalının yeni müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Ançelotti 2021-ci ildən indiyədək “kral klubu”na rəhbərlik edib.

Onun rəhbərliyi altında Madrid komandası 2021/22 mövsümündə İspaniya çempionu olub, həmçinin iki dəfə Çempionlar Liqasının qalibi olub.

“Real” 2023/24 İspaniya çempionatına 18 oyundan 45 xalla başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43