Dünya futbolu

Ançelottidən transfer açıqlaması

“Real”ın baş məşqçisi Karlo Ançelotti mərkəz müdafiəçisinin mümkün transfer ehtimalını şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis bu barədə rəhbərlik müzakirə apardığını bildirib:

“Yeni oyunçu gəlib-gəlməyəcəyini deyə bilmərəm. Klub daxilində yeni transferin mümkünlüyü barədə danışdıq. Biz tələsmirik. Transfer pəncərəsi yanvarın 31-də bağlanacaq”.

Madrid klubunun müdafiəçisi David Alaba İspaniya La Liqasının 17-ci turunda “Vilyarreal”la oyunda (4:1) zədələnib. 31 yaşlı avstriyalının sol dizində çarpaz bağın qopması diaqnozu qoyulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43