Ölkə futbolu

“Anderlext” – “Qarabağ” matçının hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək “Anderlext” – “Qarabağ” oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, Brüsseldə baş tutacaq matç sloveniyalı hakim Slavko Vinçiçə həvalə olunub.

Ona Bojan Ul və Tomas Klançnik köməklik edəcək. Dördüncü hakim funksiyasını Andraz Kovaçiç yerinə yetirəcək.

Qeyd edək ki, “Anderlext” – Qarabağ” oyunu dekabrın 10-u Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43