Kateqoriyasız

“Anderlext”in düşərgəsindən “Qarabağ”ı sevindirəcək xəbər

Avropa Liqası qrup mərhələsinin sonuncu turunda “Qarabağ”la qarşılaşacaq “Anderlext” bu matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, ötən gecə “Monako” ilə oyunda sarı vərəqə alan Stiven Defur “Qarabağ”la matçı buraxmaq məcburiyyətində qalacaq. 

Bu mövsüm 3-cü sarı vərəqəni alan 27 yaşlı yarımmüdfaiəçi dekabrın 10-da keçiriləcək matçda meydana çıxa bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43