Milli komanda

Andre Acus: “Bütün ölkə bizə dəstək olmalıdır”

Millətlər Liqasının IV turunda AZərbaycanın qonağı olacaq olan Maıta komandasının kapitanı Andre Acus oyundan öncə keçirilən mətbuat konfransında öz fikirləri bildirib:

“Malta kimi ölkə üçün asan oyun olmur. Təbii ki, sabahkı matça hazırlaşmışıq. Ümid edirik ki, yaxşı nəticə qazanacayıq.Hərdən qrupumuzdakı rəqiblərin zəif olduğu deyilir. Təbii ki, bu belə deyil. Məncə, rəqiblərimizdən biri olan Kosovo növbəti il 3-cü səbətdə olacaq. Biz isə öz üzərimizdəki işləyib daha da yaxşı olmalıyıq. Hazırda keçid dövrü yaşayırıq. Düşünürəm ki, bütün ölkə bizə dəstək olmalıdırlar”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43