Dünya futbolu

Andre Silva “Qalatasaray”a doğru

“Aslan” heyətini gücləndirir.

İdmanxeber.az-ın məlumatına görə, hücumçu axtarışında olan “sarı-qırmızı”lılar “Milan” klubunun portuqaliyalı oyunçusu Andre Silvanı icarəyə götürmək niyyətindədir. İtaliya mətbuatının yazdığı xəbərlərə əsasən, İquayın transferi ilə hücum xəttini daha da gücləndirən “qırmızı-qara”lar sözügedən oyunçunu “Qalatasaray”a  göndərməyə müsbət yanaşırlar.  Transferlə bağlı tərəflərin görüşdüyü və açıqlamanın yaxın bir vaxtda ediləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43