Dünyadan

Andre Şürrle “Çelsi”ni bu komandaya dəyişdi

Almaniya milli komandasının futbolçusu Andre Şürrle karyerasını “Volfsburq”da davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, Almaniya klubu “Çelsi”dən aldığı 24 yaşlı hücumçu ilə 4.5 illik müqavilə imzalayıb. 

Bu barədə klubun rəsmi saytı xəbər yayıb. “Volfsburq” tərəfi bu transfer üçün “Çelsi”yə ödədiyi təzminat haqda məlumat verməyib.

Qeyd edək ki, “Volfsburq” hazırda Bundesliqada ikinci yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43