“Avro-2016″nın qrup mərhələsi çərçivəsində bu gün millimizlə qarşılaşacaq İtaliya yığmasının kapitanı Andrea Pirlo jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu iki oyunda maksimum nəticə qazanmalı olduqlarını bildirib:
“Antonio Konte millinin baş məşqçisi təyin olunduqdan sonra onunla görüşüb, söhbət etdik. Yalnız Konte yığmaya qayıtmamaq fikrimi dəyişdirə bilərdi. Çünki onu çoxdan tanıyıram, bu səbəbdən milliyə qayıtmaq təklifini qəbul etdim. Qarşıdakı hər iki oyun bizim üçün vacibdir. Həm Azərbaycan, həm də Malta ilə görüşlərdə qələbə qazanmalıyıq”.
Qeyd edək ki, bu axşam evdə millimizi qəbul edəcək İtaliya yığması, 3 gün sonra səfərdə Maltanın qonağı olacaq.