Ölkə futbolu

Andrey Arşavin Bakıya gəlir

Avropa Liqasının final matçı ilə əlaqədar tədbirdə iştirak etmək üçün Bakıya gələcək növbəti məşhur futbolçunun adı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Rusiya millisinin və “Arsenal”ın sabiq hücumçusu Andrey Arşavin də martın 3-də “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmada iştirak edəcək.

Daha öncə Eydur Qudyonssen, Deko, Nihat Kahveci, İrji Dudek, Revaz Arveladze və Mikael Essyen kimi ulduzların Azərbaycan paytaxtına səfər edəcəyi dəqiqləşib. Vəli Qasımov və Nazim Süleymanov da həmin oyunun iştirakçısı olacaq.

Bundan əlavə, həmin matçda Region Liqasında “Füzuli” komandasında çıxış edən qapıçı Şöhlət Rəhimov da olacaq. O, ötən mövsüm həmin liqada ən yaxşı qolkiper adına layiq görülüb.

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Andrey Arşavin karyerasını 2018-ci ilin noyabrında Qazaxıstanın “Kayrat” komandasında başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43