05 Oktyabr 2024
Dünya futbolu

Andrey Lunyov Avropa çempionatında bəyəndiyi qapıçını açıqladı

“Dinamo”nun və Rusiya millisinin qapıçısı Andrey Lunev qapıçıların Avro-2024-dəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın sabiq qolkiperi bəyəndiyi oyunçuların adlarını açıqlayıb:

“Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvilini xüsusi qeyd edəcəm. Bütün qapıçılar çox güclüdür. Mamardaşvili yaxşı qapıçıdır, onun “Valensiya”da da oyununu görmüşəm. Hazırda o, turnirin ən yaxşı qapıçılarından biridir, çıxışına təəccüblənmirəm.”.

Futbol üzrə Avropa çempionatında Mamardaşvili Gürcüstan millisinin heyətində dörd oyun keçirib və səkkiz qol buraxıb. Qapıçı 21 seyv etməklə Avro qrup mərhələsində rekordu təkrarlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43