16 Sentyabr 2024
Ölkə futbolu

Andrey Lunyov: “Çoxları zədəmin ağır nəticələr verə biləcəyini deyirdi”

“Qarabağ”ın futbolçusu Andrey Lunyov Rusiyanın “Matç TV” kanalına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, ötən ilin özü üçün pis başladığlnı ancaq sonradan hər şeyin yaxşı olduğunu açıqlayıb:

“İlin əvvəli o qədər iyrənc idi ki, bundan pis olacağını düşünmək belə mümkün deyildi. Amma ilin sonunda hər şey düzəldi. İnanırdım ki, hər şey yoluna düşəcək. Bunun üçün bütün imkanlarımı səfərbər etmişdim”.

32 yaşlı qolkiper öz çıxışını dəyərləndirib: “Zədədən sonra futbola qayıtdım. Bu da mənim üçün ən vacibidir. Çoxları zədənin ağır nəticələr verə biləcəyini deyirdi. Lakin hər şey yaxşı qurtardı. Ona görə də özümə “4+” qiymətini verərdim”.

“Qarabağ” Andrey Lunyovla yayda 1+1 illik müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43