16 Sentyabr 2024
Ölkə futbolu

Andrey Lunyov “Qarabağ”dan getdi – RƏSMİ

“Qarabağ” qapıçı Andrey Lunyovla yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.

2023-cü ilin yayından Ağdam klubunda çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb.

O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib.

Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43