Dünya futbolu

“Anji” 11 futbolçusunu transferə çıxardı

"Anji" klubu 11 futbolçusunu transferə çıxarıb.
 
Rusiya mətbuatında yayılan xəbərlərə görə,həmin futbolçuların adları artıq məlumdur.
Həmin futbolçular bunlardır: Vladimir Qabulov, Kristofer Samba, Mubarak Busufa, İqor Denisov, Villian Borjes da Silva, Yuri Jırkov, Aleksey İonov, Lassana Diarra, Samuel Eto'O, Lasina Traore və Aleksandr Kokorin.
Mahaçqala təmsilçisinin prezidenti Süleyman Kərimov əcnəbi futbolçuların  əmək haqqlarının çox yüksək olduğundan onların transferə çıxarılmasına göstəriş verib. Hətta, "Anji"nin bundan sonra tək-tük əcnəbi futbolçu transfer edəcəyi və əsasən yerli futbolçulara üstünlük verəcəyi söylənilir.
 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43