19 Sentyabr 2024
Ölkə futbolu

“Anji”nin sabiq üzvünün “Kəpəz”ə keçidi niyə yubanır?

“Kəpəz”in yeni transferi Camal Cəfərov komandaya qoşulmamasının səbəbi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb futbolçunun xəstələnməsidir. Bu səbəbdən Cəfərov Gəncəyə gələ bilməyib. U-21 millimizin üzvünün yaxın günlərdə “sarı-göylər”la hazırlıqlara başlayacağı gözlənilir.

Xatırladaq ki, 2020-ci ildə Rusiyanın “Anji” klubunun əvəzedici heyətindən “Sabah”a keçən futbolçu ötən günlərdə Gəncə klubuna transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43