Ölkə futbolu

Anqola millisinin üzvü “Keşlə”də

“Keşlə” heyətinə daha bir oyunçu cəlb edib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi anqolalı hücumçu Aleksandr Kristovao ilə mövsümünün sonuna qədər müqavilə bağlayıb.

26 yaşlı futbolçu karyerasına Hollandiyanın “Qroningen” komandasında başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran Kristovao son olaraq Səudiyyə Ərəbistanın “Al-Mojzel” klubunda çıxış edib.

Xatırladaq ki, “Keşlə” bunadək Özbəkistan yığmasının üzvü Şohruh Qadoyevi transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43