Dünya futbolu

Anri baş məşqçi keçir

Anri “Bordo”nun başına keçə bilər.

“Arsenal”ın əfsanəvi oyunçusu Tiyeri Anri “Bordo” klubunun baş məşqçisi ola bilər. Fransa mətbuatının verdiyi məlumata görə, artıq “Bordo” klubunun rəhbərliyi Anri ilə danışıqlara başlayıb. Xəbəri “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger də təsdiqləyib. Venger Anrinin bu işi çox istədiyini və buna hazır olduğunu bildirib.

Qeyd edək ki, Anri hazırda Belçika millisinin baş məşqçisi Roberto Martinesin köməkçisi vəzifəsini yerinə yetirir.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43