Ölkə futbolu

Ansi Aqolli azarkeşlərlə vidalaşdı – Şəkillər

“Qarabağ”ın futbolçusu Ansi Aqolli ötən gün Topaz Premyer Liqanın 21-ci turunda “Səbail”lə oyunda Ağdam klubunda  vida matçına çıxıb.

Klubun rəsmi saytına istinadən Aqollinin azarkeşlərlə vidalaşdığı anları əks etdirən şəkilləri təqdim edirik.

Qeyd edək ki, 36 yaşlı müdafiəçi 2010-cu ildən “Qarabağ”da çıxış edirdi. Albaniya millisinin sabiq üzvü Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb. Aqolli karyerasını ABŞ-ın “Nyu-York Kosmos”  klubunda davam etdirəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43