Dünya futbolu

Ansi Aqolli: “Baş məşqçi ilə aramız o qədər də yaxşı deyil”

“Qarabağ”ın futbolçusu Ansi Aqolli ölkə mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, O, milli komandaya çağrılmamasından və gələcək karyerasından danışıb. A.Aqolli  milliyə dəvət almasa da, hər zaman onların oyunlarını izləyib, dəstək olduğunu bildirib:

“Milli komandaya dəvət almıram. Ancaq yenə də millinin oyunlarını izləyib onlara dəstək oluram. Millidəki oyunçularla sıx-sıx əlaqə saxlayıram. Ancaq baş məqşçi ilə  aram o qədər də yaxşı deyil. Ancaq hər şeyə rəğmən o, milli komandanın baş məşqçisidir. Onun bütün qərarlarına hörəmətlə yanaşıram.

“Qarabağ”da oynamqadan çox xoşbəxtəm. 35 yaşım olsa da, futboldan getmək barəsində düşünməmişəm. Düçünürəm ki, hələ bir müddətdə oynaya bilərəm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43