İdman

Ansi Aqolli: “Fərqli hisslər keçirdim”

“Qarabağ”ın futbolçusu Ansi Aqolli Çempionlar Liqasının ilk oyunları çərçivəsində “Kukesi” ilə səfər matçından (0:0) sonra fikirlərini bildirib. Albaniyalı futbolçuilk dəfə ölkəsindən kluba qarşı oynadığını və fərqli hisslər keçirdiyini söyləyib:

 “Uzun illərdi, “Qarabağ”da çıxış edirəm. Burada böyük təcrübə qazanmışam, gözəl anlar yaşamışam. İlk dəfə idi iki, Albaniya klubuna qarşı rəsmi oyunda çıxış etdim. Fərqli hisslər idi. “Kukesi” yaxşı komadandı və ildən-ilə inkişaf edir. Bir neçə il öncə Albaniya komandası avrokubokların qrupunda çıxış etmişdi. Armando Kunqu bacarıqlı mütəxəssidi. O da bunu bacaracaq məşqçilərdəndi”.

Aqolli cavab oyunu haqda danışıb:

“Cütün taleyi 180 dəqiqə ərzində məlum alır. Tamaşanın ilk hissəsi başa çatdı. Artıq komandalar digər 90 dəqiqəni düşünməyə başlayacaqlar. Öz meydanımızda əlimizdən gələni edəcəyik. Futbolda son dəqiqəyə kimi vuruşmaq lazımdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43