Dünya futbolu

Ansi Aqolli: “İsraillə oyun bizim üçün pis təcrübə oldu”

Aqolli Albaniya millsindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli ölkə mətbuatına müsahibə verib. O, yenidən milliyə qayıtmasından və Millətlər Liqasındakı şanslarından danışıb:

” Düşünmürəm ki, mən milli komandanı tərk etmişdim. İndi yığmada bir neç yeni oyunçu var. Onlar özləri düşünməlidirlər ki, ölkəmiz üçün oynayırıq. Kollektivdə ab-hava yaxşıdır. Biz növbəti oyuna hazırlaşırıq.  İsraillə oyun bizim üçün pis təcrübə oldu. Həmin vaxt oyunumuza bir çox amillər təsir göstərdi. Komandamız 9 nəfərlə qalmışdı. Bu da planlarımıza böyük təsir etmişdi. İndi isə yeni bir oyun olacaq. Komandamız tam hazırdır. Millətlər Liqasındakı şansımız barəsində dəqiq heçnə demək istəmirəm. Bütün oyunlar barədə ayrıca düşünməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43