Ölkə futbolu

Ansi Aqolli: “Skenderbeu”ya bu şərtlə keçə bilərəm”

“Qarabağ”ın və Albaniya millisinin futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Antalyada təlim-məşq toplanışı zamanı “Skenderbeu” – “Qarabağ” (0:1) matçından sonra Albaniya klubunun prezidenti Adrian Takay Aqollini heyətlərində görmək istədiyini söyləyib. Təcrübəli futbolçunun cavabı isə belə olub:

“Bu cəlbedici təklifdən heç kəs imtna edə bilməzdi. “Skenderbeu” "ağ-göy" rəngli formada çıxış etsə, bu komandaya keçərəm. Albaniyada yalnız “ağ-göy” formada çıxış edən “Tirana”nın şərəfini qorumuşam. Amma zarafat bir qırağa qalsın, Adrian Takay və onun kollektivi Albaniyada mükəmməl klub yaradıblar. Bu, ölkədə hamıya nümunə olmalıdır. Mən Takaya və onun komandasına uğurlar arzulayıram. Düşünürəm ki, "Skenderbu" yeni baş məşqçi ilə uğurlar qazanacaq”.

Qeyd edək ki, Aqolli “Tirana” klubunun yetirməsidi. O, 1991-2000-ci illərdə bu komandada çıxış edib. Albaniya yığmasının kapitanı “Qarabağ”a 2009-cu ildə Ukraynanın “Krivbass” klubundan keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43