09 Avqust 2020
Dünya futbolu

Antalyada klublarımızı gözləyən afrikalı futbolçular

Türkiyə mətbuatının verdiyi məlumata görə, 19-23 yaş arası afrikalı futbolçular Antalyada klub axtarışındadır. Təxminən 3 aydır ki, orada məşq edən gənc oyunçular qış fasiləsində Antalyaya gələcək olan yüzlərcə klubun birinə keçmək niyyətindədir.

Afrikalı futboolçuların meneci kimi bilinən Mehmet Ali Gürboğa hazırda futbolçuların klubların yollarını gözlədiklərini söyləyib:

“Öz büdcələrinə uyğun və istedadlı futbolçular transfer etmək istəyən klublar bu oyunçuları nəzər yetirə bilərlər. Onların tək istəyi karyeralarını Avropada davam etdirməkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Hansı oyun, hansı kanalda? – TV AFİŞA

admin

Afrika Millətlər kubokunda yarımfinalın cütlükləri bilindi

admin

Hannes Haldorsson: “Ehtiras, mübarizə və xoşbəxt sonluq”

admin