Kateqoriyasız

Antalyadan “Qarabağ”a bəd xəbər gəldi

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində daha bir dəyişiklik edilib.

İdmanxeber.com-un məlumatına görə, məlumatına görə, “Qarabağ”ın oyunçusu Maksim Medvedev zədəli olduğu üçün millinin düşərgəsindən ayrılıb.

Xatırladaq ki, daha öncə Rəşad Sadiqov (“Qəbələ”) və Səlahət Ağayev (“İnter”) də zədəli olduqları üçün millinin heyətində Türkiyəyə yollanmamışdılar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43