Ölkə futbolu

Antonetti: “Müəyyən nəticələr çıxarmışıq”

Sabah Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qəbələ” doğma meydanda “Lill” klubu ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, oyundan öncə keçirilən mətbuat konfransında rəqib komandanın baş məşqçisi Antonetti bunları deyib:

Deməzdim
ki, ilk oyunda zəif təsir bağışladıq. Müəyyən nəticələr çıxarmışıq. Sabahkı
oyunda komandamızın nəyə qadir olduğunu sübut edəcəyik. Oyunçularımızın müəyyən
hissəsi oyunda iştirak etmədi deyə çətinlik çəkdik. Sabah “Qəbələ”ni keçə bilməsək
bizim üçün uğursuzluq olar.

Oyunda həm
qalibiyyət, həm də məğlubiyyət olur. Öncədən heç nə deyə bilmərik. İlk oyunda “Qəbələ”dən
belə mübarizə gözləyirdik. Əvvəlcədən oyunların analiz edib nəyə qadir
olduqların görmüşdük.

Hesab
edirəm ki, “Lill” ən azı “Qəbələ” qədər güclüdür. Sabahkı oyun üçün taktikamız
var. Bu barədə dəqiq heç nə deyə bilməyəcəm. Böyük ehtimalla Eder də meydanda
olacaq. Biz Sofian Bufalın oyunundan razıyıq. Amma onun olmaması təbii ki,
komandanın oyununa təsir etdi. Bizə əsas mane olacaq tək şey “Qəbələ” olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43