Dünya futbolu

Antonio Konte: “Çempionluq asan olmadı”

“Futbolçularım göstərdikləri oyunla çempionluğa layiq olduqlarını sübuet edilər. Mənim üçün fərqli bir dilə  uyğunlaşmaq və pis mövsüm keçirən oyunçularla uğur qazanmağa çalışmaq asan olmadı”.

Bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının 37-ci turunda “Vest Bromviç”ə qalib gələrək (1:0) çempionluğunu rəsmiləşdirdikləri oyundan sonra deyib.

“Şanslı tərəf deyildik, amma möhtəşəm iş gördük. Əla mövsüm keçirdik. İngiltərə kubokunu da qazana bilərik” – deyə o bildirib.

Təcrübəli mütəxəssis hər matçı futbolçuları ilə birlikdə oynayırmış kimi hiss etdiyini vurğulayıb: “Mən belə bir insanam. Pis və ya yaxşı anlarda həmişə oyunçularla qalıram. Biz bu titulu birlikdə qazandıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43