Dünya futbolu

Antuan Qrizmann: “Atletiko”da xoşbəxtəm”

“Atletiko”nun futbolçusu Antuan Qrizmann komandanı tərk edəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Klubun televizyasına bu barədə danışan fransalı forvard “Atletiko”da xoşbəxt olduğunu, ayrılmaq istəmədiyini bildirib:

“Hər zaman mənə eyni sualı verirlər. Mən burada çox xoşbəxtəm. “Atletiko”dan ayrılmaq üçün heç bir səbəb yoxdur”.

“Mançester Yunayted”in Qrizmann üçün 100 milyon avroluq transfer təklifi edəcəyi gözlənilir.

Qeyd edək ki, Qrizmannın “Atletiko” ilə 2021-ci ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43