Dünya futbolu

Antuan Qrizmann: “Bu söhbətlərdən yorulmuşam”

“Atletiko”nun hücumçusu Antuan Qrizmann komandadan ayrılmayacağını təsdiq edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “ESPN” nəşrinə açıqlama verən futbolçu komandadan ayrılmayacağını bildirib:

“Mən artıq bu söhbətlərdən yorulmuşam. CAS (İdman Arbitraj Məhkəməsi) “Atletiko”ya transfer qadağası qoyub. Bu səbəbdən komandadan ayrılmayacam.

Klub heyətinə yeni futbolçular cəlb edə bilməz. Məsləhətçimlə bu barədə danışdım və komandada qalmağa qərar verdim.

Klub indi çətin dövrlərini yaşayır. Mənim komandanı atıb getməyim düzgün olmaz. Lakin bu qadağa həll olunduqdan sonra komandadan ayrıla bilərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43