Dünya futbolu

APOEL Bakıya yeni sima ilə gəlir

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə doğma azarkeşləri önündə “Qarabağ”a məğlub olan APOEL-in baş məşqçisi Paolo Trametsaninin komandadan göndərildiyi ilə bağlı xəbər vermişdik.

İdmanxeber.az-ın məlumatına görə, boş qalmış baş məşqçi postuna ən real namizəd almaniyalı Tomas Dollundur. Kipr mətbuatına inansaq, son klubu “Hannover” olan 53 yaşlı almaniyalı mütəxəssisin Nikosiya klubuna təyinatı yaxın günlərdə rəsmən açıqlanacaq. Və bununla da, APOEL-i Bakıdakı revanş matçına Tomas Dollun çıxaracaq.

Qeyd edək ki, P.Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43