Kateqoriyasız

APOEL-də gərginlik: Baş məşqçi istefa verdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-in düşərgəsində gərginlik höküm sürür.

İdmanxeber.az-ın məlumatına görə, Nikosiya klubununrəhbərliyi komandaya yeni köməkçi-məşqçi təyin etməsi klubun baş məşqçisi Tomas Dollun narazılığına səbəb olub. Belə ki, Doll yeni köməkçi-məşqçiistəməsə də, klub rəhbərliyi buna məhəl qoymayıb və bu təyinatı reallaşdırıb. Bundan sonra almaniyalı mütəxəssis istefa ərizəsi yazıb. Ancaq klub rəhbərliyi bu məsələyə bir müddətdən sonra baxacağını bildirib.

Qeyd edək ki, APOEL Avroliqanın qrup mərhələsinin 4-cü turun noyabrın 7-i Nikosiyada “Qarabağ”ı qəbul edəcək. Bu komandalar arasında Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43