Kateqoriyasız

APOEL-də “Qarabağ”la oyun öncəsi “bağışlama kampaniyası”

Avroliqada “Qarabağ”ın rəqibi olan APOEL daha bie futbolçusunu bağışladı.

İdmanxeber.az-ın məlumatına görə, Kipr klubu məşqçi korpusu ilə mübahisə etdiyinə görə əsas komandadan uzaqlaşdırılan Joaozinyonu bağışlamaq qərarına gəlib. Nikosiya klubunun baş məşqçisi Tomas Doll müdafiəçini bağışlayıb. Buna görə də, Joaozinyo həftəsonu AEK-lə keçiriləcək derbidə iştirak edə biləcək.

Yarımmüdafiəçi Musa el-Tamari də intizamsızlığına görə “Qarabağ”la III tur matçının (2:2) heyətindən çıxarılmış, lakin tezliklə bağışlanılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43