Kateqoriyasız

APOEL ilə oyunda azarkeşləri gözləyən SÜRPRİZ

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qonaq edəcək “Qarabağ” stadiona gələcək azarkeşləri sevindirəcək addım atır.

İdmamxeber.az-ın məlumatına görə, Ağdam klubu sözügedən matçda bayraq aksiyası təşkil ediləcək.

Artıq bunun üçün 30 min Azərbaycan bayrağı sifariş verilib.

Lüksemburqda məlum olayla qarşılaşan “köhlən atlar” belə bir addım atmaq qərarına gəlib.

Qeyd edək ki, “Qarabağ” – APOEL görüşü oktyabrın 24-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43