Kateqoriyasız

APOEL-in düşərgəsindən “Qarabağ”ı sevindirə biləcək xəbər

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşcaq APOEL ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, Kipr klubunun 22 yaşlı oyunçusu Musa Əl-Tamari ÇL-in ikinci mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab matçında (3:0) sıradan çıxıb.

Onun azı bir həftə oynaya bilməcəyi açıqlanıb. Buna görə də, iordaniyalı futbolçunun “Qarabağ”la ilk oyunu buraxcağı bildirilir.

Xatıladaq ki, APOEL-la “Qarabağ” arasında birinci qarşılaşma avqustun 6-da Nikosiyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43